Məzmuna keç

Partlayış səsləri eşidiləcək – Müdafiə Nazirliyindən

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 17-19 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", – məlumatda qeyd olunub.