Məzmuna keç

Prezident onu təltif etdi –

İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir “Dostluq” ordeni ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən Məhəmməd Süleyman Əl-Casir Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunub.