Məzmuna keç

Zahid Oruc: “Süni intellekt insan zəkasının və qərarvermə qabiliyyətinin də əvəzlənməsi iddiasını ortaya qoyur”

"Süni intellekt əvvəlki texnoloji inqilablardan fərqli olaraq yalnız fiziki əməyin deyil, insan zəkasının, biliklərinin və qərarvermə qabiliyyətinin də əvəzlənməsi iddiasını ortaya qoyur".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" adlı plenar sessiyada deyib.

"Bu texnologiya artıq həyatımıza daxil olub və gələcəyimizin ayrılmaz hissəsinə çevrilməkdədir. Bu baxımdan əsas sual budur: süni intellekt insana xidmət edəcək, yoxsa insan alqoritmlərlə idarə olunan sistemin sadə bir elementinə çevriləcək?" – deyə Z.Oruc qeyd edib.