Məzmuna keç

Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirusa qarşı ciddi mübarizə aparılır

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən yüskək qiymətləndirilir və Azərbaycan dünyada nümunə kimi göstərilir.

E-huquq.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan milli səviyyədə naliyyətlərin davamı olaraq, beynəlxalq səviyyədə də görülən tədbirləri dəstəkləyir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə toplantısı keçirildi. Bütün bunlar Azərbaycanın qlobal əməkdaşlığa verdiyi mühüm töhfədir.