Məzmuna keç

Britaniya Kraliçası Azərbaycan Prezidentini təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

E-huquq.az xəbər verir ki, təbrikdə deyilir:

"Bu çətin zamanda milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram".