Tibb işçiləri arasında yoluxma faktı xüsusi rejimli xəstəxanalarda olmayıb.
“E-huquq.az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, virus əsas ağciyərləri zədələyir: "Lakin gələcək həyat üçün hansı fəsadların olması gələcək tədqiqatların nəticəsində bəlli olacaq. Əlillik kimi ağır nəticələr ola bilər. Yoluxanların yaş həddi cavan olduğundan onların toxumaları özünü bərpa edə bilər.
