Məzmuna keç

Mingəçevirdə kanalda batan yeniyetmənin axtarışları aparılır-

Mingəçevir şəhərində, Qarabağ suvarma kanalında 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.