Məzmuna keç

Samuxda kütləvi zəhərlənmə hadisəsi baş verib –

Samux rayonunda ət məhsulundan zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilənlərin sayı artıb.

E-huquq.az- xəbər verir ki, xəstəxanaya zəhərlənmə ehtimalı ilə bağlı daha 4 nəfər gətirilib.

Həmin şəxslər 2001-ci il təvəllüdlü Nuranə Vəliyeva, 1977-ci il təvəllüdlü Nargilə Babayeva, 1974-cü il təvəllüdlü Tünzalə Cabbarova və 1984-cü il təvəllüdlü Şəmil Hacıyev Gəncə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Bununla da zəhərləndiyi ehtimal edilən şəxslərin sayı 9-a çatıb.

TƏBİB-dən e-huquq.az-a bildirilib ki, ötən gün saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub. Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib.

Məlumata görə, hazırda pasiyentlərin vəziyyəti stabildir: "Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək".

***

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib. Həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Onlar Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinlərdir. Xəstəxanaya yerləşdirilən şəxslər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.

Faktla bağlı araşdırmalara başlanılıb.