Məzmuna keç

Sabaha olan hava proqnozu açıqlandı –

Azərbaycanda həftənin ilk gününə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 20-24, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 30-40 faiz təşkil edəcək.

Mayın 25-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.

Gecə və səhər dağlıq rayonlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17, gündüz 25-30, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Mayın 24-də axşam şimal-qərb küləyinin sürətinin 10-15 m/s, arabir 18-23 m/s olacağı, 25-də gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir.

***

10:37

Mayın 24-ü səhərədək olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, güclü şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı: Sarıbaşda(Qax) 5 mm, Qusar, Kişçayda(Şəki) 2 mm, Zaqatala, Quba, Mingəçevir, Xınalıq, Gədəbəy, Naftalan, Şəmkir, Daşkəsən, Şəki, Xaltan, Qırızda 1 mm olub.

Şimal-Qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Bərdə, Tərtərdə 25 m/s, Qazıməmməd, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Salyan, Zərdabda 18 m/s, Göyçay, Mingəçevir, Yardımlıda 16 m/s;

Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Sumqayıt, Maştağada 38 m/s, Bakıda 35 m/s, Neft Daşlarında 29 m/s, Çilov adasında 27 m/s, Pirallahı, Qum adasında 25 m/s, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.6 metrə çatıb