Məzmuna keç

Ceyhun Bayramov Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub –

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.

E-huquq.az xəbər verir ki, bu barədə C.Bayramovun "X" hesabında məlumat paylaşılıb.

"Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir", – paylaşımda qeyd olunub.

Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.