Bildiyimiz kimi, artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Azərbaycanda kommersiya məhkəmələrinin yaradılmasını təklif edir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bəs dünya praktikasında kommersiya məhkəmələri mövcuddurmu?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Məlahət İbrahimqızı e-huquq.az-a açıqlamasında deyib ki, dünyanın inkişaf etmiş bir çox ölkələrdə bu komersiya məhkəmələri fəaliyyət göstərir.
"Məsələn, ABŞ təcrübəsinə görə, kommersiya məhkəmələri işlərə adi məhkəmələrdən fərqli, daha sürətli baxır. Bu isə sözsüz ki, sahibkarların problemlərinin daha sürətli həlli deməkdir" – deyə, M. İbrahimqızı qeyd edib.
Deputatın sözlərinə görə, Azərbaycanda yaradılacaq kommersiya məhkəmələrində işin effektliyi üçün ən son texnologiyalardan istifadə ediləcək.
