Məzmuna keç

Bakıda 33 yaşlı kişi avtomobilində öldürlüb, 3 nəfər həbs edilib – RƏSMİ

Bakıda 33 yaşlı kişi avtomobilində öldürlüb,3 nəfər həbs edilib - RƏSMİ

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, hadisə rayonun Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə Daxili İşlər Nazirliyinin "102 – Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılıblar.