Məzmuna keç

TƏBİB binaların liftindən istifadə edən sakinlərə müraciət etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edənlərə müraciət ünvanlayıb.

E-huquq.az xəbər verir ki, liftdən istifadə zamanı aşağıdakı qaydalara əməl etmək vacibdir:

– Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun

– Maska taxın

– Əgər liftdə çox insan varsa, minməyin, növbəti gedişi gözləyin

– Lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın