Məzmuna keç

TƏBİB: Sərt karantin rejimi tək həftəsonu deyil, həftə içi də tətbiq olunmalıdır

“Sərt karantin rejimi tək həftəsonu deyil, həftə içi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir”.

E-huquq.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.

O bildirib ki, rəqəmlər arasında təzad vəziyyətin ciddi olduğunu göstərir: “Evdə koronavirus xəstəsi olub da bunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarətimiz altında olsa da, vaxtında həkimə müraciət edilməsini istəyirik”.