Rusiyanın Moskva şəhərində quldurluqla məşğul olan şəxslər saxlanılıb.
E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum şəxslər vətəndaşa hədə-qorxu gələrək, onun telefonunu və qol saatını əlindən alıblar. Zərərçəkmişə dəyən ziyanın ümumilikdə 18.500 rubl (2421 manat) məbləğində olduğu bildirilir. Polisin keçirdiyi əməliyyat-axtarış nəticəsində hadisəni törədən şəxslər müəyyən edilərək, saxlanılıb.
Məlumata görə, iştirakçılardan biri 1997-ci il təvəllüdlü 2-ci kurs tələbəsi, digəri isə 2003-cü il təvəllüdlü 10-cu sinif şagirdidir.
Səbinə Məmmədova
