Azərbaycan Respublikasının “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyası” və Ektiva şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət biznes dialoqu” mövzusunda dəyirmi masa keçirilir.
E-huquq.az xəbər verir ki, tədbir biznes və müvafiq dövlət orqanlarının nümayəndələri arasında interaktiv müzakirələr formatındadır.
Tədbirdə vergi, gömrük, əmək münasibətləri, tikinti, maliyyəyə çıxış imkanlarının artırılması, kiçik və orta biznesin inkişafı, investisiyaların təşviqi və başqa məsələlər müzakirə olunur.
