Məzmuna keç

Məhbuslar arasında xəstəlikdən ölüm halları ilbəil azalır

"Məhbuslar cəmiyyətin bir hissəsidir və cəmiyyətdə hansı xəstəliklərə daha çox rast gəlinirsə, penitensiar müəssisələrdə də həmin xəstəliklər mövcuddur. Bəzi hallarda onlar azadlıqdan gələrkən özləri ilə müəyyən xəstəliklər gətirirlər".

E-huquq.az-ın məlumatına görə, bu sözləri Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov onlayn müzakirədə deyib. Onun sözlərinə görə, görülən tədbirlər, tətbiq olunan müayinə-müalicə metodları sayəsində penitensiar müəssisələrdə xəstəliklərdən ölüm halları ilbəil azalır.

"1995-ci illə müqayisədə ölüm halları 15 dəfə azalıb. 2000-ci ildə bu göstərici 2,7 dəfə, 2010-cu ildə isə 1,2 dəfə olub. Ümumiyyətlə, azalmada müsbət dinamika müşahidə olunur. Bu ilin ilk 6 ayı ərzində baş verən ölüm halları da ötən illə müqayisədə nəzarəçarpacaq dərəcədə azalıb. Bu da göstərilən tibbi xidmətin effektinin göstəricisidir", – deyə İ.Qurbanov qeyd edib