Məzmuna keç

Azərbaycanda zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:05-də Cəlilabad stansiyasından 8 km cənubda Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 3,4, dərinliyi 29 kilometr olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.