Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsinə yaxın ərazidə kran aşıb.
E-huquq.az xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat yayıb.
O qeyd edib ki, hadisə bir az əvvəl baş verib. Bunu nəzərə alaraq həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ küçələrdən istifadə etmələri xahiş edilib.
Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14:04-də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.
