Azərbaycan Prezidenti İlham Əliyev "Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında" sərəncam imzalayıb.
E-huquq.az xəbər verir ki, sərəncama əsasən, Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.
