Məzmuna keç

Bakıda “X Lady” mağazasında yanğın söndürülüb – YENİLƏNİB

Bakıda

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

E-huquq.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əlavə məlumat veriləcək.

***11:44

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

***10:40

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında yanğın baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.