Məzmuna keç

Abşeronda nənəsini öldürən gəncin apellyasiya şikayəti təmin edilməyib

Abşeronda nənəsini öldürən gəncin apellyasiya şikayəti təmin edilməyib

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Nihad Muradovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Muradovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2001-ci il yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Evdən qızıl əşyaların oğurlanması da müəyyənləşib.

Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən N.Muradov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilib və ondan qızıl əşyalar maddi sübut kimi götürülüb.

N.Muradov öldürülən qadının nəvəsidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.