Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən Rafiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın 3-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində baş verib.
Həmin gün R.Məmmədov qardaşı Elçin Məmmədovun yaşadığı ünvana gəlib. O, aralarında olan mübahisə zəmnində qardaşı arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.
