Məzmuna keç

Elçin Əmirbəyov: Ermənistana sanksiyalar tətbiq olunmalıdır

Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün hüquqları özündə qoruyur.

E-huquq.az-ın məlumatına görə, bunu Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov Gəncədə keçirilən mətbuat konfransında deyib.

E.Əmirbəyovun sözlərinə görə, əgər bütün beynəlxalq ictimaiyyət bizdən xahiş edirsə ki, ermənilərə şans verək, biz bu şansı verdik:

"Lakin Ermənistanın bu təxribatları onu sübut edir ki, onlar bu şansdan istifadə etmək istəmirlər.

İlk növbədə beynəlxalq təşkilatlar bu hücumu qınamalıdırlar, Ermənistana sanksiyalar tətbiq etməlidirlər".