Məzmuna keç

Hikmət Hacıyev: “Ermənistanın humanitar atəşkəsə “sadiqliyi” tamamilə ikiüzlülükdür”

“Ermənistanın humanitar atəşkəsə “sadiq qalması” tam riyakarlığın təzahürüdür”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb.

“Səhərdən Tərtər şəhəri güclü artilleriya hücumuna məruz qalır. Şəhərə və ətraf kəndlərə 100-dən çox top mərmisi atılıb, 6 dinc sakin yaralanıb. Bir mülki şəxs qətlə yetirilib. Tərtər – erməni nasizmi qarşısında Azərbaycanın “Stalinqrad”ıdır”, – o yazıb.