Erməni hərbi birləşmələri Tərtərdə əhalini atəşə tutub.
E-huquq.az-ın məlumatına görə, hadisə şəhər qəbiristanlığında dəfn mərasimi zamanı baş verib.
Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub.
3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Mənbə: Trend
