“Azərbaycanın Gəncə şəhəri yenidən Ermənistan tərəfindən raket atəşinə məruz qalıb”.
E-huquq.az xəbər verir ki, bunu Xarici İşlər Naziri Ceyhun Bayramov tvitter hesabında yazıb.
“Mülki vətəndaşlar arasında ciddi itkilərə səbəb olan bu vəhşi hücum Ermənistanın növbəti müharibə cinayətidir. İndiki vəzifəmiz bu qeyri-insani hərəkətə görə məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb edilməsindən nail olmaqdır!” – nazir bildirib.
