Məzmuna keç

“Ermənistan tərəfi bu sazişi kobudcasına pozdu” –

"Biz Ermənistan tərəfinin həyata keçirdiyi hərbi cinayətlər barədə ətraflı sənədlər hazırlamışıq. Təbii ki, bu sənədin hazırlamasında təkcə Azərbaycan yox, xarici təşkilatlar da iştirak ediblər. Bu məsuliyyəti isə sadəcə Ermənistan rəhbərliyi daşıyır. Bu məsələ Ermənistan rəhbərliyinin bütün üzvlərinə aid olunur".

E-huquq.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisi hesab olunur, buna görə də Azərbaycana və onun şəhərlərinə qarşı həyata keçirilən bu terroru dəstəkləyən hamı məsuliyyətə cəlb olunmalıdır: "İndiki müşahidələr onu göstərir ki, Ermənistan ordusu Azərbaycan Ordusuna qarşı hərbi əməliyyatları davam etdirir. Bir sıra maddələr üzrə əsir götürmə, dinc əhali və digər obyektlərə qarşı hücumla əlaqədər Azərbaycan artıq bir neçə beynəlxalq quruma tutumlu sənədlər hazırlayıb. Humanitar atəşkəs zamanı əldə olunmuş sazişə əsasən, hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfi bu sazişi kobudcasına pozdu".

Sevgül Qasımzadə