22.10.2026
Mehriban Əliyeva xalqı təbrik etdi
Siyasət

Mehriban Əliyeva xalqı təbrik etdi

Okt 20, 2020

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram" hesabında Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə bağlı paylaşım edib.

E-huquq.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".