Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır –
Ermənistan Müdafiə Nazirliyinin hərbi əməliyyatların Xudafərin istiqamətində aparılması barədə yaydığı xəbər cəfəngiyatdır və hətta şərhə də ehtiyacı yoxdur.
E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.
H.Hacıyev qeyd edib ki, bu, erməni cəmiyyətində hökm sürən qorxunu qismən azaltmağa hesablanmış dezinformasiyadır.

