Məzmuna keç

Keçmiş məhkum yoldaşlarını öldürmək istəyən şəxsə hökm oxunub

Keçmiş məhkum yoldaşlarını öldürmək istəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkum yoldaşlarını bıçaqlamaqda təqsirləndirilən Məhərrəm Kazımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin höküm ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında M.Kazımovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində baş verib. Əvvəllər məhkum edilmiş 1986-cı il təvəllüdlü Paşayev İlham Adil oğlu və digər keçmiş məhkum 1987-ci il təvəllüdlü, Bakı sakini İsmayılov Mahir Etibar oğlu naməlum şəraitdə çoxsaylı bıçaq zərbələri alıblar.

Ekspertlər yoxlama zamanı İ.Paşayevin bədəninin müxtəlif hissələrində çoxsaylı bıçaq xəsarətləri aşkar ediblər. Hadisəni törədən şəxs M.İsmayılovun boğazını kəsməyə cəhd edib.

Hər iki yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib, onların həyatlarını xilas etmək mümkün olub.

İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslərə əvvəllər məhkum edilmiş M.Kazımov adlı şəxs bıçaqla hücum edib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.