Məzmuna keç

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

E-huquq.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi 7 faiz həddində saxlanılıb.