Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral yolunun Qazax rayonundan keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1994-cü il təvəllüdlü Mehdiyev Nəsrəddin Səfər oğluna məxsus “DAF” markalı yük avtomobilinin kabinası və ön təkərləri yanıb.
Xəsarət alan olmayıb.
Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
