Məzmuna keç

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi

Oktay Saral vəzifədən ayrıldığını təsdiqləyib.

E-huquq.az xəbər verir ki, türk jurnalist Talat Atilla Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın vəzifədən ayrıldığını təsdiqlədiyini bildirib.

Jurnalist bildirib ki, Sarala zəng edərək vəzifədən azad edilib-edilmədiyini soruşub:

“Bəli. Postlarımızda daimi deyilik. Hörmətli Prezidentimiz məni vəzifəyə gətirdi, onun göstərişi ilə ayrıldım. Heç kimdən incikliyim yoxdur”, – dedi.

“Azərbaycanla bağlı açıqlamalarınıza görəmi?” deyə soruşdum.

“Bəli, elə görünür”, – deyə cavab verdi. Ardınca bu ifadələri işlətdi:

“Əsas olan Türkiyə Cümhuriyyətidir. Əsas olan hörmətli Prezidentimizın uğurudur”.

Qeyd edək ki, Türkiyə KİV-də bir neçə saatdır Saralın vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbərlər yayılır.