Ötən il Bakının Xəzər rayonunda məişət zorakılığına məruz qalan şəxslərlə bağlı 7 mühafizə orderi verilib.
E-huquq.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə təşkil olunan mediatur zamanı mərkəzin sosial iş üzrə mütəxəssisi Aytac İbrahimova məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə Xəzər rayonunda 6 qadın və 1 kişi məişət zorakılığına məruz qalıb.
