Xalq artisti Zaur Rzayev vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə APA-ya onun oğlu məlumat verib.
O, bu gün müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artistinin oktyabrın 14-də vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
