Məzmuna keç

Sumqayıtda avtomobil yandı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.