Məzmuna keç

Azərbaycanda qanunsuz saxlanılan silah və sursatlar aşkarlandı

Oktyabrın 30-da polis tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 tüfəng, 1 patron darağı və 238 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.