ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmanın əldə olunmasına yaxın olduqlarını bildirib.
E-huquq.az xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Benni Consona müsahibəsində danışıb.
“Düşünürəm ki, razılaşmaya yaxınlaşırıq. Hesab edirəm ki, hər şeyin uğurla nəticələnməsi üçün kifayət qədər yaxşı şans var”, – deyə Donald Tramp qeyd edib.
