Məzmuna keç

Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrədə görüşü başladı

İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan arasında görüş başlayıb.

E-huquq.az-ın məlumatına görə, görüş mətbuat üçün qapalı rejimdə keçirilir.

Görüşdə ATƏT Minskq qrupunun həmsədrləri də iştirak edir.

Qeyd edək ki, görüşdən əvvəl həmsədrlər arasında görüşlə əlaqədar fikir mübadiləsi aparılmışdı.