ABŞ-nin Texas ştatının Dallas şəhərində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Dallas polis rəisinin açıqlamasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, şənbə günündən bazara keçən gecə şəhərin rayonlarından birində üç ayrı atışma hadisəsi qeydə alınıb. Hüquq-mühafizə orqanları insidentlərin bir-biri ilə əlaqəli olub-olmadığını araşdırır.
