Məzmuna keç

Ceyhun Bayramov: “İzmirdə baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”

“Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ xəbəri bizi çox kədərləndirdi”.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

“Bu çətin gündə Can Qardaşımızın yanında olduğumuzu bildiririk. Keçmiş olsun, dualarımız sizinlə!”, – deyə XİN başçısı vurğulayıb.