Beynəlxalq məhkəmələrdə Azərbaycanın maraqlarının müdafiəsi üçün 54,9 milyon manat ayrılacaq.
E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının maraqlarının beynəlxalq hüquq çərçivəsində qorunması, beynəlxalq məhkəmələrdə təmsil edilməsi və həmin məhkəmənin qərarlarının icrası ilə bağlı xərclərin maliyyə təminatı üçün 54,9 milyon manat ayrılması nəzərdə tutulur.
