Məzmuna keç

İpoteka və Kredit Zəmanət Fondunun kapitalının artırılmasına 89 milyon manat ayrılacaq

2027-ci ildə dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına 89 milyon manat ayrılması nəzərdə tutulur.

E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin Zərfində əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu vəsait əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün əlavə imkanlar yaradacaq.