Məzmuna keç

Azərbaycanın valyuta ehtiyatlarının həcmi açıqladı

Strateji valyuta ehtiyatlarımız oktyabrın 1-nə 89,4 milyard dollara çatıb, bu da xarici dövlət borcunu 20 dəfə üstələyir.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

“Biz artıq hər il Dövlət Neft Fondundan transferti azalmaq siyasəti həyata keçiririk. 2030-cu ilə qədər transferti 1,5 milyard dollar azaldaraq, 2030-cu ildə 5,5 milyard dollar transfert məbləğinə çatmağı hədəfləyirik. Neftdən asılılığı azaltmaq üçün sistemli iş aparırıq”, – deyə nazir qeyd edib.