Məzmuna keç

İsrail Livanın cənubunda “Hizbullah”ın mövqelərinə zərbələr endirdi, yaralananlar var

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı azı beş yaşayış məntəqəsinə hava zərbələri endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın “Janoubia” xəbər portalı məlumat yayıb.

Məlumata görə, İsrail qırıcıları Kfar-Tibnit, Mayfadun, Markaba, Tallus və Əl-Kantara yaşayış məntəqələrində “Hizbullah” təşkilatına məxsus olduğu bildirilən obyektləri hədəfə alıb.

Bununla yanaşı, İsrail pilotsuz uçuş aparatları Deyr-Mimas və Əl-Cermak ərazilərindəki yerüstü hədəflərə raket zərbələri endirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücumlar kənd sakinlərinin zeytun yığımı ilə məşğul olduğu gündüz saatlarında həyata keçirilib. Zərbələr nəticəsində yerli sakinlər arasında xəsarət alanların olduğu bildirilir. Yaralıların sayı dəqiqləşdirilir.

Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub. Zautar əş-Şərqiyyə, Məcdəl-Zun, Haddata, Haris və Əl-Məcali yaşayış məntəqələrinin ətrafına mərmilər düşüb.

Artilleriya atəşinin nəticələri barədə hələlik ətraflı məlumat verilməyib.