Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.
E-huquq.az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanlandığı təbrik məktubunda yer alıb.
“Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik”, – deyə Dövlət başçısı əlavə edib.
