Məzmuna keç

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,17 ABŞ dolları və ya 1,18 % azalaraq 97,62 ABŞ dolları təşkil edib.

E-huquq.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 92,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,28 ABŞ dolları və ya 1,35 % azalaraq 93,65 ABŞ dolları təşkil edib.