Məzmuna keç

Azərbaycanda zəlzələ oldu

Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda 3.2 maqnitudalı zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 10:09-da olub, dərinliyi isə 45 km-dir.

Zəlzələ hiss olunmayıb.