Məzmuna keç

Avtomobil məscidin divarına çırpılıb: 3 nəfər ölüb

Türkiyənin İzmir şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmirin Ödemiş rayonunda sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil məscidin divarına çırpılılıb.

Qəza nəticəsində sürücü və 2 sərnişin hadisə yerində həyatlarını itiriblər.

Yaralanan digər şəxs isə xəstəxanaya yerləşdirilib.

Şəbnəm Mehdizadə